Olimpiya çempionu Bakıda reydə çıxıb pərdəli maşın saxladı - FOTOLAR

Dekabrın 5-dən 6-nə keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin də iştirakı ilə genişmiqyaslı reyd keçirilib. Reyddə tanınmış idmançı, olimpiya çempionu Elnur Məmmədli də iştirak edib. Avtosfer.az-ın məlumatına görə, Bakı şəhər DYPİ-nin əməkdaşı olan və polis kapitanı rütbəsi daşıyan Elnur Məmmədli xidməti avtomobili ilə görüntülənib. 10 YP 307 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan olimpiya çempionu gecə yarısı avtomobilin arxa yan şüşələrinə pərdə vuran sürücünü saxlayıb. Zərifə Əliyeva küçəsində – «Hilton» otelin qarşısında «Range Rover» markalı, 90 DS 909 dövlət nömrə nişanlı avtomobili saxlayan Elnur Məmmədlinin iştirakı ilə həmin sürücüyə inzibati protokol tərtib olunub. Avtomobildəki pərdələr isə yığışdırılıb.
Jurnalistlərin çəkiliş apardığını görən sürücü etiraz edib. Sonra isə fikrini belə əsaslandırıb: «Mən dost-tanışa demişəm ki, Bakıda deyiləm, sizsə məni çəkib efirə verirsiz. Belə olmaz axı».
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















