«Oyunlar zolağı»na girən sürücülərin sayı kəskin azalıb

"Bakı 2015" ilk Avropa Oyunlarının iştirakçıları üçün nəzərdə tutulan yol zolaqlarına daxil olaraq qaydaları pozduğuna görə cərimələnən sürücülərin sayı açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov "Report"a bildirib ki, mayın 29-dan iyunun 23-dək I Avropa Oyunlarının zolağına daxil olaraq qaydanı pozan 1 834 sürücü barədə protokol tərtib edilib. V.Əsədovun sözlərinə görə, son bir həftədə - iyunun 16-dan 23-dək cəmi 34 sürücü "Bakı 2015" ilk Avropa Oyunlarının iştirakçıları üçün nəzərdə tutulan yol zolaqlarına qanunsuz daxil olmaqla qayda pozuntusuna yol verib: "Son bir həftə ərzində Avropa Oyunları zolağından hər gün təxminən 4-5 sürücü qanunsuz olaraq istifadə edib. Qeyd etdiklərim çox yaxşı göstəricidir. Bunu da KİV-də aparılan təbliğatın nəticəsi kimi qiymətləndirmək olar".
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












