«Oyunları zolağı»na görə cərimələnən sürücülərin yekun sayı açıqlanıb

Azərbaycanda keçirilən ilk Avropa Oyunları iştirakçılarının və qonaqların sərbəst hərəkətini və təhlükəsizliyini təmin etmək üçün Bakı yollarında çəkilən sarı zolağa daxil olduğuna görə cərimələnən sürücülərin yekun sayı açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) "Report"a verilən məlumata görə, mayın 29-dan iyunun 30-na kimi 1894 sürücü qadağan edilən zolaqdan istifadə etdiyi üçün onlar barədə protokol tərtib olunub. İdarədən bildirilib ki, qadağanın bitdiyi son günün birinci yarısında Avropa Oyunları zolağına daxil olan 12 sürücüyə də protokol tərtib olunub.
Günün ikinci yarısından sonra 8 sürücü zolaqdan istifadə etsə də, onlara güzəşt olunub və protokol tərtib edilməyib.
Qeyd edək ki, iyulun 1-dən etibarən həmin zolaqdan yük maşınları istisna olmaqla, digər bütün minik avtomobilləri sərbəst istifadə edə bilərlər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












