Pərdəli avtomobil sürən 300 sürücü cərimələndi

«Maşınların arxa və yan şüşələrinə standarta uyğun pərdə və jalüzlərin vurulması halları azalıb”. Bunu Modern.az saytına Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov deyib. Onun sözlərinə görə, pərdə və jalüzlərdən istifadə edənlər birmənalı olaraq cərimələnir: “Dünən 3 nəfər, bu gün isə 1 nəfər pərdə və jalüzlərdən istifadə etdiyinə görə saxlanılıb. Bu ayın 16-dan bu günə qədər 300-ə yaxın belə halla rastlaşmışıq. Qanunları pozanlara qarşı inzibati protokol tərtib olunub. Protokolda 150 manat cərimə olunması göstərilir”.
Tanınmış simaların qanunlara əməl etməməsinə gəlincə, Vaqif Əsədov hələ ki belə faktla rastlaşmadıqlarını bildirib: “Bəzi tanınmış simalar hər hansı qayda pozuntusuna yol verdikdə “yol polis məni tanıdığına görə heç bir cəza tətbiq etmədi” deməklə asayişi qoruyan polisi aşağılamaq istəyirlər. Buna yol vermək olmaz. Polisi cəmiyyətə bu cür təqdim etməyin! Ümumiyyətlə, belə məsələlərin açıq şəkildə deyilməsi cəmiyyətdə insanlar arasında polis əməkdaşlarına qarşı yanlış fikirlərin yaranmasına gətirib çıxarır”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












