Polis əməkdaşı avtoxuliqanlıq etdiyinə görə işdən qovulub

Azərbaycanda polis əməkdaşı avtoxuliqanlıq etdiyinə görə işdən qovulub. Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Çevik Polis Alayının əməkdaşı, polis çavuşu Fərhadov Peyman Fərhad oğlu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “VAZ 2107” markalı, dövlət nömrə nişanı olmayan avtomobili yolun əks istiqamətinə çıxmaqla sürüb. O, Dövlət Yol Polisi (DYP) əmıkdaşlarının “saxla” əmrinə də tabe olmayıb. P.Fərhadovun idarə etdiyi avtomobilin avtomobilinin təkəri çıxdıqdan sonra onun polis əməkdaşı olduğu məlum olub. P.Fərhadov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci (Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə iş qaldırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












