Polis ictimai nəqliyyatda ödəniş etməlidirmi? - DİN-in cavabı

Bakıda polis işçisinin avtobusa minib ödəniş etməməsi ilə bağlı video və materialların sosial şəbəkədə tirajlanmasından sonra bu xüsusda başqa rəylər də meydana çıxıb. Həmin videoda gediş haqqını ödəməyən polis nəfərinin hərəkətindən əsəbiləşən sürücü avtobusu dayandırdığı və onların mübahisə etdiyi görünür. Mülki formada olan polis nəfəri vəsiqəsini təqdim etsə də, sürücü və sərnişinlər ona qarşı çıxırlar. Polis hansı halda ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər? Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə atv.az-a açıqlamasında bildirib ki, “Polis haqqında qanun”un maddələrinə görə, polis icitmai nəqliyyatın bütün növlərindən pulsuz istifadə etmək hüququna malikdir: “Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər".
Sözügedən video ilə bağlı O.Mansurzadə bildirir ki, burada sürücünün hərəkətləri qeyri-qanunidir və əməkdaşla mübahisəyə girir: “Polisin o hərəkəti doğru olmasa da, qınağa layiq polisin yox, sürücünün hərəkətidir. Vətəndaşlar mahiyyətə varmadan polisə qarşı sayğısızlıq edirlər. Bu da öz növbəsində qanuna qarşı hörmətsizikdir. Əməkdaş vəsiqəsini təqdim edibsə, heç bir halda suala yer qalmır”.
Bu, bir də onu göstərir ki, nəqliyyat şirkəti maarifləndirmə işini pis aparır. “Yaxşı olardı ki, sürücülərə hüquqları başa salınsın və onların hansı şəxslərə qarşı necə davranmaları barədə təlimat verilsin”- deyə, o bildirdi.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












