Polis maşınlarına "ağıllı" cihazlar yerləşdirilir

Azərbaycanda polis avtomobillərinin üzərində yerləşdirilən sayrışan işıqlar “ağıllı” hala gətirilir. Belə ki, sayrışan işıqlar sisteminə yeni cihazlar əlavə edilir. Polis avtomobilərinə yerləşdiriləcək yeni cihazlar vasitəsilə həm maşınların sürətini ölçmək, həm də nömrəsini müəyyən etmək mümkün olacaq. Yeni cihazlar həmçinin ictimai hadisələr zamanı insanın sifətini təyin edə biləcək. Artıq Azərbaycan 400 ədəd yeni cihazın alınması üçün Türkiyə şirkəti ilə razılıq əldə edib. Avtosfer.az xəbər verir ki, bu barədə “xəzər xəbər”in Türkiyə mediasına istinadən məlumatına görə, bu ölkənin Cənub-Şərqi Anadolu və Ege bölgələrinin 4 şəhərində polis avtomobillərinin üzərində yerləşdirilən sayrışan işıqlar yeni sistemlə işləyir.
Bu barədə məlumatı təhlükəsizlik orqanları üçün zəruri texnoloji avadanlıqlar istehsal edən şirkətin rəhbəri Akif Ekin deyib. Türkiyədə fəaliyyət göstərən şirkətin rəhbəri A.Ekin bildirib ki, xüsusi avadanlıqların istehsalına 6 il əvvəl başlayıblar. Onun sözlərinə görə, sayrışan işıqlara yerləşdirilən cihazlar əlavə funksiyalara malikdir və polis avtomobilinin ətrafında olan maşınların da sürət həddini ölçə bilir. O, nəqliyyatın hərəkəti zamanı belə radar funksiyasını yerinə yetirən yeni sistemin daha da təkmilləşdirilməsi üzərində iş aparıldığını söyləyib: “Hazırda silah səsinin gəldiyi istiqaməti müəyyən edən bir sistemi də bu cihaza inteqrasiya etmək üçün çalışırıq".
Yaxın zamanlarda yeni texnoloji vasitələrin Ankara və İstanbulda da tətbiqinə başlanılacağını söyləyən Ekin polislərin ehtiyacları üçün cihazlara yeni funksiyaların əlavə edilməsi üzərində iş apardıqlarını bildirib.
Sözügedən cihazların xarici ölkələrdə də maraq yaratdığını açqlayan şirkət rəhbəri Birləşmiş Ərəb Əmirliklərinə 250, Azərbaycana isə 400 cihazın satışı üçün razılıq əldə edildiyini açıqlayıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Qatardan da sifariş qəbul edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












