Polis mayorundan yol qəzaları ilə bağlı maraqlı təklif

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, mayor Rüfət Quliyev son illər baş verən yol qəzaları ilə bağlı statistik təhlillər aparıb. Avtosfer.az-ın məlumatına görə, polis mayoru bildirib ki, 1988-95-ci illərdə Bakıda yol qəzalarının sayı çox olub. 1995-ci ildən 2001-ci ilədək isə azalma müşahidə olunub. Lakin 2001-ci ildən bu yana qəzaların sayı yenidən artıb. Bunun başlıca səbəbi isə sürət həddinin aşılması, müxtəlif qayda pozuntularına yol verilməsi, habelə, piyadavurmalarla bağlıdır: «Əlbəttə, piyadalar piyada keçidlərindən istifadə etmədikləri üçün vurulur. Əvvəllər keçiddə piyadaya yol verən sürücülərin sayı az idi. Amma indi 70 faizə qədər sürücü piyadaya keçiddə yol vermək lazım olduğunu bilir. Bəzi sürücülər elə bilirlər ki, piyada maşının qarşısında deyilsə, ona yol vermək olmaz. Amma belə deyil. Piyada ayağını zebranın üstünə qoyursa, sürücü ona yol verməlidir. Çünki nəzərə almaq lazımdır ki, piyada qaça bilər və ya asta gedə bilər».
Təhlükəsizlik kəmərindən istifadə edən sürücülərinin də sayının artdığını deyən Rüfət Quliyev bildirib ki, son illər bir sıra qayda pozuntularında azalma müşahidə olunsa da, sürət həddini aşanların sayı artır: «Ümumiyyətlə, yol qəzalarının qarşısının alınması geniş müzakirə mövzsudur. Bu gün dünyada elə ölkələr var ki, bir neçə il ərzində yol qəzalarının sayını 60-70 faiz azaldıb. Yaxşı olardı ki, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və başqa dövlət orqanları mütəxəssisləri həmin ölkələrə göndənsin və biz də gedib öyrənək. Görək, hadisələrin qarşısını birdən-birə necə olub bu qədər alıblar. Bu işləri həll etmək olar. Sadəcə yaxşı təcrübələri öyrənib tətbiq etmək lazımdır».
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












