Polis olmaq istəyən xanımların nəzərinə

Daxili İşlər Nazirliyi işçi qəbulu ilə əlaqədar elan verib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş İnformasiya Kommunikasiya İdarəsində 30 vakant operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, dövlət dilini sərbəst bilən, boyu 160 santimetrdən aşağı olmayan, yaşı 20 ilə 30 arasında və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, əvvəllər məhkum olunmamış Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən namizədlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2015-ci ilin iyul ayının 15-dək iş günləri saat 10-dan 17-dək Baş İnformasiya Kommunikasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
- ixtisas təcrübəsini təsdiq edən müvafiq diplom və sertifikatlar;
- əmək kitabçası (olanlar üçün).
Əlavə məlumat almaq istəyənlər (012) 590-93-23 nömrəli telefonla Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi ilə əlaqə saxlaya bilərlər.
Elmin
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...











