Reklam

Polis şlaqbauma görə 34 nəfəri cərimələdi - Bakıda

Yol polisi 31 Mart 2015 14:41 Oxunub 3948
Polis şlaqbauma görə 34 nəfəri cərimələdi - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Yol polisinin icazəsi olmadan hər hansı hərəkəti məhdudlaşdıran şlaqbaum, süni səddin qoyulması qadağandır»

Paytaxtda elə yollar, elə məhəllələr var ki, orda ekstrimal bir hadisə, yanğın, uçqun olsa həmin an əraziyə yanğınsöndürənlərin, müvafiq texnikanın girişi mümkün deyil. Yəqin ki, siz də təkcə paytaxt Bakıda şlaqbaumla hərəkəti məhdudlaşdırılan onlarla belə küçə və məhəllə tanıyırsınız. Elə küçə və məhəllələr var ki, orada nəinki iri qabaritli texnikanın heç adi minik avtomobillərinin hərəkəti də mümkün deyil. Bir də görürsən ki, hansısa məhəllənin sakinləri küçəyə avtomobilin girişini yasaqlamaq üçün məhəllənin yolunun girişinə dişli dəmir vasitə, yaxud da, müxtəlif məhdudlaşdırıcı sədd çəkib. Uşaqların məhəllədə təhlükəsiz oynaması, iriqabaritli maşınların məhəlləyə daxil olması, eləcə də avtomobillərin sürətlə hərəkətinin qarşısını almaq üçün sakinlər tərəfindən qoyulmuş hərəkəti məhdudlaşdıran sədlər çox vaxt elə onların özü üçün böyük bir problemə çevrilir. Hansısa məhəllədə ev yandıqda 101-i arayan sakinlər, yanğınsöndürənlər məhəllənin girişində problemlə üzləşdikdə şlaqbaumun dəmir borusunu kəsmək üçün çilingər axtarmalı olurlar. Hətta Bakının mərkəzi rayonlarının bəzi küçələrində qapısı önünə dərmir boru ilə sədd çəkən sakinlər də az deyil. Bunu qapının qarşısında avtomobil saxlayanlara  maneə kimi tətbiq edən  sakinlər az keçmir ki, özləri böyük bir maneə ilə üz-üzə qalırlar. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da Movqe.az-a açıqlamasında bu cür halların qanunla qadağan olunduğunu söyləyib. Şöbə rəisi bildirib ki, paytaxtda Bakı Şəhər Yol Polis İdarəsinin Hərəkətin Təşkili Şöbəsinin icazəsi olmadan hər hansı hərəkəti məhdudlaşdıran şlaqbaum, süni səddin qoyulması qadağandır: " Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətada bununla bağlı cərimələr öz əksini tapıb. 164-cü maddədə avtomobil yollarında hərəkət təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı bənd nəzərdə tutulub. 164.0.4  bəndə görə, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsişməsinə fiziki şəxslər səksən manatdan yüz manatadək,vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək hüquqi şəxslər üç min manatdan dörd min manatadək,hüquqi şəxslər üç min manatdan  dörd min manatadək cərimə olunur.  Buna baxmayaraq çox təəssüf ki, bəzi sakinlər küçələrdə, məhəllələrdə avtomobillərin hərəkətini məhdudlaşdıran qanunsuz sədlər çəkir. Bununla da özləri, özlərinə maneə, çətinlik yaradırlar. Ekstemal hallarda bu sədlər evi yanan sakinə köməyə gəlmiş yanğınsöndürənin məhəlləyə girişində problem yaradır və sair. Aparılan  nəzarət tədbirləri zamanı 34 hüquqi şəxs şlaqbaum və sair küçə və məhəllədə avtomobilin hərəkətini məhdudlaşdıran sədd qoyduğu üçün cərimə olunub”.

V.Əsədov deyir ki, bəzən insanlar küçədə, məhəllədə hərəkət edən avtomobilin sürətini azaltması üçün yola kəndir çəkir, müxtəlif "tramplin” qoyur, müxtəlif vasitələrə əl atırlar. Belə hallar  Bakı Şəhər Yol Polis İdarəsinin Hərəkətin Təşkili Şöbəsinin əməkdaşları tərəfindən aşkarlandıqda dərhal tədbir görülür, bu maneəni yaradan şəxslər qanunvericiliyə müvafiq şəkildə cərimələnirlər. V. Əsədovun sözlərinə görə, Səbail və Yasamal rayonunda aparılan reydlər zamanı onlarla küçə və məhəllələrdə belə faktlar aşkarlanaraq bu maneəni yaradan şəxslər cəzalandırılıb: "Bir də görürsən ki, hansısa yeni salınmış məhəllədə yolun yararsız hala düşməsinin qarşısını almaq üçün sakinlər küçənin girişinə şlaqbaum quraşdırırlar. Bəzən bu şlaqbaumlar elə səviyyədə quraşdırılır ki, Təcili Tibbi Yardım avtomobili belə küçədə ölümcül vəziyyətdə olan xəstəyə təcili tibbi yardım göstərə bilmir. Bu hallar yolverilməzdir.  Bakı Şəhər Yol Polis İdarəsinin Hərəkətin Təşkili Şöbəsinin icazəsi olmadan heç bir vətəndaş, eləcə də hər hansı qurum yollarda avtomobillərin hərəkətini məhdudlaşdıran sədlər çəkə, hərəkətə maneə yarada bilməz”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh