Polisdən gülünc addım: bağlı yolda piyadaları cərimələyirlər - VİDEO

«Videoda gordüyünüz ərazi Nizami kinoteatrının qarşısıdır. Yol bütün istiqamətlərdə bağlıdır, amma yol polisi piyada keçidinin yanında dayanaraq insanları keçiddən istifadə etmədiyinə görə cərimələyir». Avtosfer.az-ın məlumatına görə, bu barədə jurnalist Anar Məmmədov özünün facebook səhifəsində məlumat yayıb: “Məni də saxlayanda ona iradımı bildirdim və insanları qanunsuz cəriməlidiyini bildirdim. Mənə keçiddən istifadə etməməyin qanun pozuntusu olduğunu dedi. Təkrar geri qayıdıb düz yolun ortasında dayandım və cərimələnməyimi tələb etdim. Müxtəlif bəhanələrlə tələbimdən yayındı. Həmin polis əməkdaşlarının düz 10 metrliyində yolun bağlı hissəsində motosikletçilər şou göstərir və sözün həqiqi mənasında insanların həyatı ilə oynayırlar».
Bu onu göstərir ki, həmin polisləri ictimai təhlükəsizlik yox, protokol yazıb plan doldurmaq maraqlandırır. Amma bu polisləri qınamaq da olmur. Qınanılası adam o polisləri təlimatlandırıb ora göndərəndir. Axı bağlı yolda hansı təhlükə var? Bu polislər həmin yolda təmir başa çatan kimi başqa yerdə xidmət aparıb daha faydalı iş görmüş olardı. Belə gülünc mənzərə də ortaya çıxmazdı.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












