Polisə "ova çıxmış tülkü" dedi və məhkəməyə verildi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevi məhkəməyə verməsi məsələsinə rəsmi aydınlıq gətirilib. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov bildirib ki, Azərbaycan polisini "mədəniyyətdən və etik davranış qaydalarından məhrum", "mal oğrusu", "ova çıxmış tülkü" adlandırıb təhqir edən adını Ziyalılar Birliyinin sədri qoymuş Eldəniz Quliyev daxili işlər nazirinin onu məhkəməyə verməsini özünün ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirir. Ayrı-ayrı açıqlamalarında fikirlərini dəyişərək, nazir Ramil Usubovun adını göstərmədiyi halda məhz nəyə görə onun tərəfindən məhkəməyə verildiyini qabardır."Əvvəla, dövlətimizin əsas sütunlarından, dayaqlarından biri olan, dövlətə, dövlətçiliyə, dövlət müstəqilliyinə, hər bir Azərbaycan vətəndaşına xidmət edən Azərbaycan Polisi haqqında nalayiq ifadələr işlətmək, ən azından, Ziyalılar Birliyinin sədri adını daşıyan bir şəxsə heç yaraşmır.
İkinci, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ var, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi, sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur və qanunvericilikdə böhtan və təhqir əməllərinə görə cinayət məsuliyyəti müəyyən edən hüquqi norma mövcuddur.
O ki, qaldı iddianın daxili işlər naziri tərəfindən verilməsinə, qanunvericiliyə əsasən, nazir rəhbərlik etdiyi icra hakimiyyəti orqanı əməkdaşlarının hüquqlarının müdafiəçisidir və bununla bağlı çoxsaylı polis əməkdaşlarının DİN-ə müraciətləri nəzərə alınıb, qanuna uyğun olaraq məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilmişdir ki, burada da təəccüb doğuracaq bir şey yoxdur, "- deyə S.Gözəlov qeyd edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












