“Polisi biabır etmək istəyirlər…” – YP 400 danışdı

Ötən gün sosial şəbəkələrdə yol polisinin daha bir qanunsuz hərəkəti ilə bağlı məlumat yayılmışdı. Avtosfer.az xəbər verir ki, sözügedən məlumatda bildirilirdi ki, Memar Əcəmi metrosunun arxasında yerləşən məhəllədə 99 YP 473 nömrə nişanlı xidməti avtomobildə olan yol polisi metronun arxasındakı məhəllədə reyd aparıb və binanın həyətinə səhv girən maşınları qanunsuz şəkildə cərimələyib. Məhəllə sakinləri məsələyə etiraz edərək bunun qeyri-qanuni olduğunu bildirdikdən sonra yol polisi ərazidən uzaqlaşıb.
Qeyd edək ki, sözügedən fotonun sosial şəbəkədə müzakirəsi zamanı şəhər sakinləri də belə halların paytaxtda tez-tez baş verdiyini qeyd edir və bundan narahat olduqlarını dilə gətirirlər. Onlar paytaxtın Yasamal rayonu, o cümlədən Günəşli qəsəbəsində də anoloji halların şahidi olduqlarını vurğulayırlar. “Qafqazinfo” məsələnin aktuallığını nəzərə alaraq Bakı şəhər DYP-nin rəis müavini Rəşadət Babayevlə əlaqə saxlayıb. R. Babayev bildirib ki, Memar Əcəmi metrosunun arxasındakı məhəllədə heç də sakinlərin qeyd etdiyi kimi hadisə baş verməyib: “Onlar bu məsələni şişirdirlər. Hazırda 99 YP 473 nömrə nişanlı xidməti avtomobilin ekipaj üzvləri mənim yanımdadırlar. İnspektorlar bildirir ki, Əcəmi metro stansiyasının yaxınlığındakı Hüseynbala Əliyev və 20 Yanvar küçəsində xidmət apararkən dayanma durma qaydalarını pozan sürücülərə qarşı tədbir görüblər. Bu zaman yol polisi bir sürücünün qoşa xətti keçərək binanın həyətinə girməsini görüb. Polis bu zaman sürücünün arxasınca düşüb. Qayda pozan sürücü də döndüyü yerdə saxlanılıb, barəsində tədbir görülüb. Məlumatda yazılıb ki, inspektorlar məhəllədə dayanma durma qaydasını pozan sürücülərə qarşı tədbirlər görüb. Qeyd edim ki, məhəllədə bu qaydanı pozan sürücülər olmayıb. Orada qoşa xətti tapdalayan sürücü olub, o da dönərkən saxlanılıb və barəsində tədbir görülüb”.
Rəis müavini qeyd edib ki, hadisə yerində heç bir insident baş verməyib və məhəllə sakinləri də məsələyə etiraz etməyiblər: “Həmin ərazidə yazılan protokolların hamısının kopyası bizdə var. Yazılanlar cəfəngiyyatdır. O şəkilləri Dövlət Yol Polisinə qarşı qərəzli mövqe tutanlar çəkiblər. Harada qoşa xəttin, nişanların tələbləri pozulursa polis ona qarşı tədbir görməlidir. Yoxsa elə özbaşına buraxaq, qoyaq kim necə istəyir ordan dönsün, nişanın altında saxlasın. Belə şey olmaz axı.
Elə buna görə də çox vaxt barəsində protokol yazılan vətəndaşlar dövlət yol polisinin əməkdaşlarından əvəz çıxmaq, onu hansısa fotomateriallarla biabır etmək, qorxutmaq istəyirlər. Amma bilin ki, heç vaxt yol polisi qorxmayacaq, bundan da artıq qayda pozan sürücülərə qarşı tədbir görəcək”.
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev
Qubada polis profilaktik tədbir keçirib - FOTO
Lizinq şirkətinə məxsus avtomobillə yolu kəsən sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərə cərimələrlə bağlı SAXTA BİLDİRİŞ GƏLİR - Kartdan pul oğurlanır - DİQQƏT - FOTO
Vilayət Eyvazov bu tarixdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək - FOTO
Bakıda "BYD"nin piyada keçidində ölümlə nəticələnən qəzasının ANBAAN GÖRÜNTÜSÜ
Mopedi olanların nəzərinə! - Yeni tələblər qüvvəyə minir
Polis Bakıda halı pisləşən vətəndaşa yardım etdi - VİDEO
Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salındı











