Polisin törətdiyi qəzanın bəzi təfərrüatları məlum olub – FOTO

Azərbaycanın Qax rayonunda polis əməkdaşının törətdiyi qəzanın bəzi təfərrüatları məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə Qax rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi baş verəndən dərhal sonra polisə avtomobildə sərnişin qismində Zaqatala rayon Polis Şöbəsinin təhqiqatçısı Aygül Həsənovanın olduğu və qəza nəticəsində xəsarət alanların olmadığı bildirilsə də, araşdırmalar zamanı bu fakt təsdiqini tapmayıb. Müəyyən edilib ki, Zaqatala rayon Polis Şöbəsinin müstəntiqi Turab Vaqif oğlu İsgəndərov idarə etdiyi “Toyota” markalı, 99 FL 066 dövlət nömrə nişanlı avtomobillə qəza törədərkən avtomobildə sərnişin qismində A.Həsənova deyil, Zaqatala şəhər sakini, 1996-cı il təvəllüdlü Nərgiz Niyazi qızı Ramazanova olub. Qəzada xəsarət alan sərnişin dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. İlkin olaraq, həkimlərə onun yıxılaraq xəsarət aldığı bildirilsə də, araşdırmalar zamanı N.Ramazanovanın Qaxda baş verən qəzada yaralandığı müəyyənləşdirilib. Qax Rayon Polis Şöbəsindən, həmçinin bildirilib ki, qəzanı törədən polis əməkdaşı olduğu üçün iş Rayon Prokurorluğu tərəfindən araşdırılır.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, N.Ramazanova hazırda xəstəxananın travmatologiya şöbəsində müalicə alır.
Qeyd edək ki, məlum hadisə aprelin 19-da Qax-İlisu avtomobil yolunun Qarabulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Turab Vaqif oğlu İsgəndərov idarə etdiyi “Toyota” markalı, 99 FL 066 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı qaz xəttinə çırpıb. Avtomobildə sürücüdən əlavə bir sərnişin də olub. Hadisə nəticəsində Qaxbaş və Ağçay kəndlərini təbii qazla təchiz edən 195 mm-lik qaz xətti sıradan çıxıb. İki kəndə təbii qazın verilməsində fasilə yaranıb.
Turab İsgəndərov Zaqatala rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqidir.
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ











