Polislər qəzaya düşdü: 4 yaralı

Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini 1985-ci il təvəllüdlü Şahin Zahid oğlu Bodurovun idarə etdiyi “VAZ” markalı 08-BB-446 dövlət nömrə nişanlı minik avtomobili ilə polis əməkdaşı olan 1988-cı il təvəllüdlü Vüqar Abbas oğlu Rüstəmovun idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində Şahin Bodurov, onun bacanağı - 1988-ci il təvəllüdlü Teyman Elşən oğlu Əlimərdanov, və digər maşının sürücüsü Vüqar Rüstəmov və onun sərnişini-polis əməkdaşı, 1981-ci il təvəllüdlü Hidayət Yusif oğlu Yusifov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Xəstəxanadan anspress-ə bildirdilər ki, Şahin Bodurov və Teyman Əlimərdanov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər və Ş. Bodurovun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Vüqar Rüstəmov isə müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Hidayət Yusifova ilkin tibbi yardım göstərildikdən sonra o evə buraxılıb.
Faktla bağlı Balakən rayon polis idarəsində araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












