Prezidenti tıxaca salan general işdən qovulub?

Bakı Şəhər Baş Polis İdarəsinin rəsi müavini, general-mayor Həsən Şirinov prezidenti müşayiət etmək hüququndan yenə də məhrum olunub. Virtualaz.org saytı hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, H.Şirinov yenə də prezidenti müşayiət etmək hüququndan məhrum olunub. Məlumata görə, H.Şirinov şəhərdə yaranmış tıxacda yenə özünü itirib. Nəticədə Prezident İlham Əliyevin korteji yenə tıxacda qalıb.
Xəbərə görə, hadisə dekabrın 26-da prezidentin korteji metronun “Koroğlu” stansiyasının yaxınlığından keçərkən baş verib. Plana görə, prezident korteji hərəkətin məhdudlaşdırıldığı küçələrdən keçməli imiş. Lakin H.Şirinovun səhvi ucbatından karvan başqa küçəyə burulub. Bu isə kortejin uzun tıxacın yaşandığı küçəyə dönməsi ilə nəticələnib.
Çox maraqlıdır ki, H.Şirinov Prezidentin kortejinin tıxaca düşməsi ilə bağlı artıq ikinci dəfədir öz vəzifəsini itirir.
Əvvəlki insident Prezident İlham Əliyev Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı vermək üçün Gürcüstanın Bakıdakı səfirliyinə gedərkən baş vermişdi. Qaydaya görə, Prezidentin kortejini Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, general-mayor Həsən Şirinov müşayiət edir. H.Şirinovun sürücüsü yolu səhv salaraq “Gənclik” tərəfə aparan tunelə girib. Sonradan bəlli olub ki, buna general H.Şirinovun sürücüsünün günahı səbəb olub. Prezidentin korteji tıxacdan çıxandan sonra generalın maşını əlindən alınıb. Sonra isə sürücü polis orqanlarından qovulub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yayılan məlumat doğru deyil: «Əlavə məlumatım yoxdur».
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













