Qadın polisə toxundu, həbsə düşdü

Dubayda qazaxstanlı turist polisə toxunub deyə həbs edilib. Avtosfer.az anspress-ə istinadən məlumat verir ki, qazaxstanlı kişi yolu soruşmaq üçün qadın polisə yaxınlaşıb. Mühafizə orqanı əməkdaşları isə elə biliblər ki, turist gənc polisə sataşıb.
Lakin həbs edilən turist günahkar olmadığını iddia edir. "Mən ona sataşmırdım. Sadəcə əlimlə çiyninə toxundum ki, yolu soruşum. Heç bir başqa niyyətim yox idi", - deyə turist ifadəsində bildirib. 21 yaşlı qız - polis həmin kişinin hansı dildə danışdığını anlamadığını deyib.
"Mən onun hansı dildə danışdığını anlamadım. O, mənim əlimdən dartdı. Bundan sonra ondan xahiş etdim ki, mənimlə polis bölməsinə gəlsin. İmtina edəndə öz həmkarlarımı çağırdım. Onlar polis vəsiqələrini göstərsələr də, adam yenə getmək istəmədi. Buna görə də həmin turisti həbs etməli oldular".
Məhkəmənin qəraraı ilə turist 3 aylıq həbs cəzası alıb. Bundan başqa o, 500 dollar məbləğində cərimə də ödəməlidir. Qazaxstanlı adam yalnız həbs cəzası bitəndən sona ölkəsinə gedə biləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












