Qayda-qanun hamı üçündürmü? - VİDEO

Yeni tədris ili başlayandan paytaxtda tıxaclar daha kəskin hal alıb. Bu vəziyyət şəhərin mərkəzi küçələrində yerləşən tədris ocaqlarının qarşısında daha qabarıq şəkildə büruzə verir. Bakıda elə məktəblər var ki, iki mindən artıq şagird təhsil alır. İndi təsəvvür edin bu qədər uşağın hər biri məktəbə bir nəqliyyat vasitəsi gətirilirsə və dərslər bitəndə evə aparıldıqda nə baş verir. Bəzi şagirdi valideyni, bəzisini sürücüsü məktəbin qarşısından uşağını səhər aparır, günorta isə götürür. Səhər dərs başlayanda, günorta isə bitəndə məktəbələrin qarşısı dözülməz olur. Məktəbdə 100 uşaq oxuyursa,100-ü də avtomobillə gəlib gedir, bu da böyük tıxaclar yaradır.
İndi paytaxtda elə vəziyyətdir ki, avtomobil sıxlığı ani bir vaxtda, bir neçə saniyənin içərisində yarana bilir. Hər avtomobil də saxlayıb, uşağı mindirib düşürəndə sərf edilən vaxt elə digərlərinin kisəsindən gedir. Üstəlik, məktəbin yaxınlığında dayanma-durma qadağan olunan yerdə avtomobillərin park edilməsi onsuz da dar küçələrdə əlavə problemlər yaradır.
Bunun dırnaqarası nəticəsini digər sürücülər görür. Məktəb və bağça olan küçələrdə yaranmış tıxaclar digər yollara da sirayət etmiş olur. Nəticədə məktəbə aparan və kənar yollar iflic vəziyyyətə düşür. Problem şəhərin giriş-çıxışına təsirsiz ötüşmür. “Təhlükəsiz şəhər” idarəsinin monitorları da üz qızardır.
Yol polisi müfəttişləri bu halın qarşısını almaq üçün qadağan olunan yerdə park edən avtomobil sahiblərinə protokol yazır. İnzibati Xətalar Məcələsinə görə, bu halda sürücü 20 manat cərimə tərtib edir. Qayda pozulan avtomobilin şəkli yerində çəkilərək elektron protokol tərtib edilir. Lakin yol müfəttişləri də etiraf edir ki, cərimə yazmaq vəziyyətdən çıxış yolu üçün yetərli deyil.
Sonda isə onu da deyək ki, qayda-qanun hamı üçündür, üstəlik pozduğu qaydanın ictimai əhəmiyyəti heç də az deyil.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












