Ramil Usubov 357 gəncdən 71-ni işə götürmək üçün seçdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 29-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinlərinin, həmçinin veteranların və şəhid ailələrinin bir qrupu ilə görüşən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Polis fəaliyyəti ilə bağlı olmayan müraciətlərin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb. Ümumilikdə, R.Usubov tərəfindən 40 vətəndaş qəbul edilib. Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 357 gənc də qəbulda iştirak edib. Onların arasından xidmətə daha hazırlıqlı olan 71 namizəd seçilərək sənədlərinin hazırlanması üçün aidiyyəti baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib. Nazir daxili işlər orqanlarında xidmətə qəbul üçün seçilmiş namizədlərə tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Elmin
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...










