Ramil Usubov Kəmaləddin Heydərovun DYP-də işləyən qohumunu qovdu

Daxili işlər naziri Ramil Usubov fövqəladə hallar naziri Kamaləddin Heydərovun rəis müavini olan qohumunu işdən çıxarıb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, nazir Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin rəis müavini, polis mayoru Əlövsət İsmayılova ağır cəza verib. Vəzifəsindən kənarlaşdırmaqla yanaşı, onun daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı əmr imzalayıb. Məlumata görə, Ə.İsmayılov Nəsimi rayon Polis Bölməsinə təyin edilməmişdən əvvəl DİN-də daha yüksək vəzifə tuturmuş. Lakin o, işində yol verdiyi nöqsanlara görə postundan uzaqlaşdırılıb və cəza olaraq rəis müavini təyin edilib.
Əlövsət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bacanağıdır.
Xatırladaq ki, Ramil Usubov ötən həftə daha bir nazirin qohumunu vəzifədən azad etmişdi. O, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğlu polis polkovnik-leytenantı Natiq Camalovun Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi vəzifəsindən çıxarılaraq sərəncama götürülməsi ilə bağlı əmr vermişdi.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












