Ramil Usubov yol polisinə görə məhkəməyə üz tutdu

Daxili işlər naziri Ramil Usubov Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevi məhkəməyə verib. Bu barədə “Azadlıq” qəzeti xəbər yayıb. R.Usubov Eldəniz Quliyevlə bağlı Nəsimi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb. R.Usubov iddiasında E.Quliyevin Cinayət Məcəlləsinin 147 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cəzalandırılmasını xahiş edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, bir neçə gün öncə E.Quliyev daxili işlər nazirinə mətbuat vasitəsiylə müraciət edib: “Müraciətində hansısa yol polisi əməkdaşının hərəkətindən gileylənirdi. Eldəniz Quliyev həmin mətnin dörd-beş yerində ümumən Azərbaycan polisinin ünvanına təhqiramiz ifadələr işlədib, onun şərəf və ləyaqətini çox kobud şəkildə alçaldıb. Onun işgüzar nüfuzunu gözdən salmaq üçün müxtəlif ifadələr yer alıb. Bizim ona cavabımız da olmuşdu. Ancaq həmin müraciətdən dərhal sonra respublikanın çoxsaylı polis əməkdaşları Daxili İşlər Nazirliyinin rəhbərliyinə həmin şəxsin məhkəməyə verilməsini və bununla da məsələnin hüquqi müstəvidə həll edilməsini xahiş ediblər. Çoxsaylı şikayətlər nəzərə alınıb və sənədlər toplanaraq Cinayət Məcəlləsinin 147 və 148-ci maddələriylə xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunub”.
E.Quliyev isə məsələyə bu cür münasibət bildirib: “Polis mundiri rəmzləri daşımaq üçün deyil, o eyni zamanda asayişi pozanlardan fərqlənmək üçün geyinilir”.
Qeyd edək ki, Eldəniz Quliyev bir neçə gün öncə mətbuatda daxili işlər naziri R.Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev R.Usubovu məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləmişdi.
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...










