Ramil Usubovdan ciddi kadr dəyişiklikləri

Sumqayıt şəhər Polis İdarəsinin rəisi işdən azad olunub. Avtosfer.az xeberle.com-a istinadən xəbər verir ki, Daxili işlər naziri Ramil Usubovun sərəncamı ilə Sumqayıt şəhər Polis İdarəsinin rəisi, general-mayor Sahib Mirzəyev vəzifəsindən azad olunub. Yeni rəisin kimliyini isə dəqiqləşdirə bilmədik.
Xatırladaq ki Sahib Mirzəyev buna qədər İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi vəzifəsində çalışıb. 2012-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin rəisi təyin olunmuşdu. O, bu vəzifədə polkovnik Əkbər İsmayılovu əvəzləmişdi.
***
APA-nın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. Bildirək ki, sözügedən idarənin rəisi Rasim Musayev bir ay əvvəl qəflətən dünyasını dəyişib.
***
Artıq Sumqayıt şəhər Polis İdarəsinin yeni rəisinin kimliyi açıqlanıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sahib Mirzəyevi Yasamalın rəisi Əkbər İsmayılov əvəzləyib.
Qeyd edək ki, Əkbər İsmayılov əvvəl də Sumqayıt şəhər Polis İdarəsinin rəisi olub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












