Rəis müavini generalın qarşısında qayda pozubmuş

Abşeron rayonu ərazisində polis bölməsinin rəis müavinin avtomobilinin yol polisi tərəfindən saxlanması olayı ilə bağlı maraqlı fakt üzə çıxıb. Avtosfer.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yol-hərəkət qaydalarını pozan “Land Rover” markalı avtomobili görüb. BDYPİ-nin rəisi dərhal göstəriş verib ki, 90 BZ 455 nömrə nişanlı həmin avtomobil saxlanılsın. Lakin sürücü polisin tələbinə tabe olmayıb və hərəkətə davam edib. Nəhayət, həmin avtomobili saxlamaq mümkün olub və sürücü Abşeron rayon Polis İdarəsinə gətirilib. Burada sürücünün polis əməkdaşı olduğu, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci polis bölməsinin (PB) rəis müavini vəzifəsində çalışan polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlu olması üzə çıxıb. Onun barəsində protokol tərtib edilib və elə həmin gündən onun işə çıxmasına qadağa qoyulub.
Qeyd edək ki, virtualaz.org saytı R.Şərifovun artıq işdən çıxarılaraq sərəncama göndərilməsi ilə bağlı xəbər yayıb. Faktı Qaradağ RPİ 38-ci Polis Bölməsindən də təsdiqləyiblər və onun yerinə hələlik təyinatın olmadığı bildirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












