Rektorun qızını döyən şəxsi 11 min manat cərimə etdilər

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslərlə bağlı yayılan xəbərlərə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi münasibət bildirib. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, rektorun qızı Ülkər İsaxanlının yaxın münasibəti olduğu Zaur və Elin Məmmədovların küçənin ortasında xuliqanlıq hərəkətləri etməsi birinci hal deyil. Məlumata görə, onlar idarə etdiyi avtomobillərlə də Bakıda asayişi tez-tez pozurlar. Təkcə rektorun qızının döyülərək aparıldığı 90 KU 050 dövlət nömrə nişanlı “Bentley” markalı avtomobilin qeydə alındığı cərimələri araşdırsaq bunun şahidi olarıq. Əldə etdiyimiz məlumata görə, təkcə ötən il bu avtomobilin qeydə alınan radarlarının, kobud qayda pozuntularının sayı 200-dən çoxdur. Hazırda həmin avtomobil cərimələrin ödənilməməsinə görə axtarışdadır. Avtomobilin texniki pasportu Elin Məmmədovun adınadır. Amma həmin avtomobili təkcə Elin və ya onun qardaşı Zaur idarə etmir. Elin avtomobili həm də etibarnamə ilə atası – Məmmədov Muxtar Şirinoviçə verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, sürücü Elin Məmmədov idarə etdiyi «Bentley» markalı, 90 KU 050 dövlət nömrə nişanlı avtomobillə müxtəlif qayda pozuntuları törətdiyi üçün onun barəsində müvafiq tədbir görülüb. Belə ki, E.Məmmədov barəsində 94 MMX radarı olub. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində hər bir qayda pozuntusu üzrə qərar qəbul edilib. Bunun nəticəsində sürücü Elin Məmmədov 11 min 600 manat cəriməni dövlətə ödəyib. Bundan əlavə, 2014-cü ilin avqust ayında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi qərarla Elin Məmmədovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb: «Bu məlumatları yayarkən dəqiqləşdirmək lazımdır. Yayılan məlumatların heç bir əsası yoxdur. Həmin sürücü nə qədər qayda pozubsa, hamısının cəriməsini ödəyib və sürücülük hüququndan da məhrum edilib».
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













