Reyddə polisin üstünə maşın sürən sürücü görün kimdir – FOTO

Dekabrın 26-27-də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Quba-Xaçmaz bölgəsində keçirdiyi reyd zamanı yol polisi əməkdaşlarının qanuni tələblərinə əməl etməyən sürücüyə də rast gəlinib. Belə ki, Quba rayonunda yol polisinə tabe olmayaraq onun üstünə maşın sürüb qaçan sürücünün kimliyi elə həmin gün müəyyən edilib. Polis əməkdaşları 20 yaşlı sürücünü evində taparaq şöbəyə gətiriblər. Burada aparılan araşdırmalar zamanı məlum olub ki, gənc sürücü narkotik vasitənin təsiri altında olub. Əvvəllər isə narkotik maddələrin alveri ilə məşğul olduğu üçün məhkumluq həyatı yaşayıb.
Məhkumluqdan söz düşmüşkən, həmin sürücünün atası və iki qardaşı da hazırda məhkumluq həyatı yaşayır. Saxlanılarkən «ailəni mən dolandırıram, taksi sürürəm» deyən sürücü, polisə tabe olmamaq və onun üstünə maşın sürmək kimi qanunsuz hərəkətlərə susaraq cavab verib.
Artıq onun barəsində toplanmış materiallar Quba rayon Məhkəməsinə təqdim olunub. Sürücü İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsinə tabe olmamaqda təqsirli bilinir. Buna görə onu 1 ayadək inzibati həbs və ya pul cəriməsi gözləyir.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















