Reyddə saxlanılan sürcülərdən özünümüdafiə bəhanələri - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Təmiz hava" aylığı çərçivəsində Zərdab rayonunda reyd keçirib.
Avtosfer.az "report"-a istinadən xəbər verir ki, məqsəd havanın çirklənməsinə qarşı nəzarətin gücləndirilməsi, avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin qarşısını almaqdır.
Reyd zamanı sürət həddinin aşılması, ötmə, manevretmə, qarşı hərəkət zolağına çıxma, avtomobili müvafiq sənədləri olmadan idarə etmək və maşınlara əlavə avadanlıq quraşdırılması kimi halları aşkar olunub.
Yol polisi "VAZ 2107" markalı avtomobilin ön hissəsini əlavə avadanlıqlarla qaldırdığına, arxa hissəsini isə aşağı saldığına görə sürücünü saxlayıb. Yerindəcə araşdırma zamanı məlum olub ki, avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi də yoxdur. Sürücü bildirib ki, avtomobili əlavə avdanlıq və vasitələr quraşdırılmış şəkildə alıb: "Cavan oğlanam, "07"-nin qabağını qaldırıb sürməsən onun ləzzəti olacaq ki?"
Qeyd edək ki, ümumilkdə reyd zamanı yol hərəkəti qaydalarını pozan 50-dən çox sürücü barəsində inzibati qaydada protokollar tərtib olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












