Rusiyadan gətirilən maşınlarının başına oyun açırlar - REYDDƏN FOTO

Yol polisi Gəncədə reyd keçirib. Avtosfer.az Kəpəz TV-yə xəbər verir ki, Gəncədə yol polisi gücləndirilmiş iş rejiminə keçib. Yol hərəkəti qaydalarına əməl etməyən sürücülərə qarşı yoxlamalara başlanılıb.
Budəfəki reyd şəhərin bütün istiqamətlərində həyata keçirilib. Məqsəd yol hərəkəti qaydalarına əməl etməyən sürücülərin aşkar olunaraq məsuliyyətə cəlb edilməsi olub. Reyd zamanı məlum olub ki, bəzi sürücülər avtomobillərinə nəzərdə tutulmayan texniki avadanlıqlar quraşdırıb, nəqliyyat vasitələrinin əksəriyyətinin konstruksiyası dəyişdirilib. Yoxlamalar göstərib ki, belə hallara daha çox Rusiya istehsalı olan avtomobillərdə rast gəlinir.
Reyd keçirilən ilk iki saat ərzində 30-dan artıq nəqliyyat vasitəsi qayda pozuntusu ilə əlaqədar cərimə meydançasına aparılıb. Kobud qayda pozuntularından biri də avtomobillərin sərxoş halda idarə edilməsidir ki, reyd zamanı belə hallara da rast gəlinib. Sükan arxasında içkili halda əyləşən sürücülərə qarşı qanuna müvafiq tədbirlər görülüb. Bundan əlavə, yol polisinin əmrlərinə tabe olmayanlar da tapılıb.
Qeyd edək ki, reydlər davam etdirilir. Ümumilikdə belə nəzarət tədbirlərinin mütəmadi şəkildə davam etdiriləcəyi bildirilir.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO













