Rüşvət üstündə həbs xəbəri yayılan yol polisi danışdı

İki gün öncə “avtoşdan” rüşvət aldığına görə həbs olunması xəbəri yayılan yol polisi hazırda iş başındadır. AzNews.az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşı Rəşad Nağıyev gözlənilmədən öz postuna qaytarılıb. Xəbəri dəqiqləşdirməkdən ötrü aznews.az-ın əməkdaşı təqsirli bilinənən şəxsin özü - Rəşad Nağıyevlə əlaqə saxlayıb. O, həqiqətən də işə çıxdığını təsdiqləyib. Rəşad Nağıyev bildirib ki, barəsində yayılan xəbərlər doğru deyil: “Yalan söhbətdi. Mən məzuniyyətə getmişdim. Sonra bildim ki, mənim barədə belə məlumat yayılıb. Heç biri doğru deyil. Yalnış məlumatdır. Nəsə anlaşılmazlıq olub”.
Xatırladaq ki, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) inspektoru Rəşad Nağıyev vəzifə səlahiyyətlərini aşaraq, rüşvət alarkən «iş başında» yaxalanıb. Avtosfer.az saytının yaydığı məlumata görə, avtoxuliqanlıq əməlinə görə saxlanılan sürücüdən 500 manat rüşvət istəyib. Sürücü bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib və əməliyyat planı hazırlanıb. Əməliyyat nəticəsində R.Nağıyev həmin sürücüdən rüşvət alarkən iş otağında həbs olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












