Sabiq nazirin oğlu sərxoş halda yol polisini təhqir etdi - 10 AR 900

Bakıda yol polisi tərəfindən saxlanılan sürücü itaətsizlik göstərib. Avtosfer.az xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dekabrın 11-də saat 04:30 radələrində yol polisi Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 45 ünvanının qarşısında “Lexus” markalı 10 AR 900 nömrə nişanlı avtomobili saxlayıb. Bakı şəhər Baş Polis İdarəsi Yol Patrul Xidmətinin inspektoru, polis serjantı Fərid Əkbərov sürücü, 1980-ci il təvəllüdlü Orucov Kamran Əlisaab oğlunun sərxoş olduğunu bildirib və onu tibb məntəqəsində müayinədən keçməyə dəvət edib.
Bu zaman sürücü yol polisinə qarşı təhqiramiz ifadələr işlədib və müqavimət göstərib. Polis serjantı hadisə ilə bağlı raport yazaraq aidiyyatı üzrə təqdim edib.
Qeyd edək ki, yol polisinin barəsində raport yazdığı Kamran Orucov sabiq ədliyyə naziri və baş nazirin müavini Əlisaab Orucovun oğludur.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












