Şabranda yol polisinin döyülmə səbəbi bilindi

"Şabranda 3 nəfər tərəfindən döyülən Dövlət Yol Polisi əməkdaşı Cahangir Əliyev ciddi xəsarət almayıb". Avtosfer.az xəbər verir ki, bu barədə anspress-ə açıqlamasında Şabran Mərkəzi Rayon Xəstəxasının təcili yardım şöbəsinin müdiri Firudin Zərbəliyev deyib. Onun sözlərinə görə, təcili yardım maşını hadisənin baş verdiyi Ağalıq kəndinə gələrkən xəstənin vəziyyəti normal olub. Lakin onun üst-başı palçıqlı, tozlu olub. Faktla bağlı Şabran hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb. Rayon prokurorluğunun müstəntiqi Təranə Məmmədovanın sözlərinə görə, 36 yaşlı DYP əməkdaşı Cahangir Əliyev xidmət apararkən Ağalıq kənd sakinləri 36 yaşlı Səxavət İsmayılov, 31 yaşlı Nuru Dadaşov və 37 yaşlı Tağı Aydınov tərəfindən fiziki təzyiqə məruz qalıb. Hər üç şəxsin hadisə zamanı sərxoş olduğunu bildirən xanım müstəntiq prokurorluqda araşdırmalar aparıldığını bildirib. Artıq toplanmış materiallar prokurorluğa təqdim olunub.
Kənd sakinlərinin verdiyi məlumata görə, Cahangir Əliyev sürücüləri əsassız saxlayır, incidir, rüşvət alırmış. Döyülməsinə də səbəb sakinlərin onun hərəkətlərindən təngə gəlməsi olub.
Baş Dövlət Yol Polisinin Post Patrul Xidməti Alayının şimal bölgəsindəki 2 saylı tağımının rəisi Arzu Nurəliyev Cahangir Əliyevin heç bir rüşvət tələb etmədiyini, qanunsuzluğa yol vermədiyini, əksinə ona qarşı fiziki güc tətbiq edildiyini söyləyib. Səsləndirilən iddialara Şabran prokurorluğunda aparılan araşdırmada tam aydınlıq gətiriləcək.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, vətəndaşlar yol polisini heç də ölümcüd döyməyiblər. Hadisəyə səbəb isə yazıda deyildiyi kimi, yol polisinin sürücülərdən rüşvət alması deyil: «Həmin şəxslər 5 nəfər olub, sərxoş vəziyyətdə yol polisinə hücum çəkiblər. Onlar Daxili İşlər Nazirliyinin əməkdaşı olan yol polisinin nəfərinin həmin kənd ərazisində xidmət aparmasını istəmədiklərini deyyiblər və ondan tələb ediblər ki, kəndi tərk etsin. Bundan sonra mübahisə baş verib və polis əməkdaşını vurublar. Hazırda məsələ Şabran rayon Prokurorluğunda araşdırılır».
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev
Qubada polis profilaktik tədbir keçirib - FOTO











