Sənədsiz sürücü polislə əlbəyaxa oldu - VİDEO

Ağcabədidə polislə sürücü arasında yaranan narazılıq qalmaqalla nəticələnib. Bu barədə Anspress-in “Qaynar xətti”nə bildiriblər. Verilən məlumata görə, Ağcabədi rayonu ərazisində Rafiq Nadir oğlu Nəzərov polis tərəfindən saxlanılıb. Polis ondan sənədlərini tələb edib. Lakin Rafiq Nəzərovun sənədləri olmayıb. Bu zaman polis onun avtomobilini cərimə meydançasına aparmaq istəyib. Lakin sürücü onlara mane olub. Arada yaranan mübahisə zamanı sürücü ilə polis arasında dava düşüb. Verilən məlumata görə, R.Nəzərov polis tərəfindən döyülüb. Bu barədə vətəndaş rayon Prokurorluğuna şikayət edib. Ağcabədi rayon prokurorunun böyük köməkçisi Ələstun Quliyev bildirib ki, Rafiq Nadir oğlu Nəzərov həqiqətən də prokurorluğa şikayət edib. O, açıqlamasında bildirib ki, hazırda şikayət araşdırılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












