Sərnişin bıçaqla yol polislərinə hücum etdi

Martın 1-də Bərdə rayonunda polisə qarşı müqavimət faktı qeydə alınıb. Avtosfer.az xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 01 radələrində Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti inspektorları Əliyev Ülfət Əli oğlu, İsgəndərov Şərif Şəmsəddin oğlu, Qasımov Vasif Elman oğlu Bərdə şəhəri İ.Qayıbov küçəsində xidmətdə olarkən “VAZ 21074” markalı, 90-HA-227 dövlət qeydiyyat nişanlı avtomaşın yolun qarşı hərəkət zolağına çıxdığı üçün ona saxla işarəsi verib. Lakin sürücü tabeçilik göstərməyərək hərəkətini davam etdirib və yaxınlıqdakı tikilinin həyətinə daxil olaraq avtomaşını saxlayıb. Polis əməkdaşları sürücü Mehdizadə Elgiz Dadaş oğluna yaxınlaşaraq sənədlərini təqdim etməsini istəyib. Bu zaman avtomobilin qabaq oturacağında oturan sərnişin Şirinov Hünər Əli oğlu avtomaşından düşərək polis əməkdaşları ilə mübahisə edib. O, hətta cibindəki bıçağı çıxararaq polis əməkdaşlarına hücum edib. Bildirilir ki, polis əməkdaşları H.Şirinovdan ərazidən uzaqlaşmasını tələb ediblər və sürücü Elgiz Mehdizadəni həkim müayinəsinə aparmaq istəyiblər. Lakin tabeçilik göstərməyən H.Şirinov əllərindəki bıçaqla yol polisinin “BMW” markalı xidməti avtomaşının sağ qabaq və arxa şinlərini deşib. Faktla bağlı araşdırmalar aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












