Sərxoş halda saxlanılan rəis müavini işdən qovuldu

Sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün yol polisi tərəfindən saxlanılan polis bölməsinin rəis müavini vəzifəsindən uzaqlaşdırılıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci polis bölməsinin (PB) rəis müavini, polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlu artıq işdən çıxarılıb və sərəncama göndərilib.
Xatırladaq ki, bir neçə gün əvvəl rəis müavini idarə etdiyi 90 BZ 455 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobillə əvvəlcə polislərin “Saxla!” əmrinə tabe olmamışdı. Sonra polislər R.Şərifovu məcburi qaydada saxlayaraq Abşeron RPİ-yə aparmışdılar. Hadisə baş verən gündən R.Şərifova 38-ci PB-də işə çıxmaq qadağan edilmişdi. Faktı Qaradağ RPİ 38-ci polis bölməsindən də təsdiqlədilər. Əlavə etdilər ki, R.Şərifovun yerinə hələ təyinat olmayıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












