Sərxoş məmur yol polisinə silah çəkdi - VİDEO

Ukraynanın paytaxtı Kiyevdə dövlət məmuru yol polisinə silah çəkib. Avtomobil idarə edərkən sərxoş halda yaxalanan şəxs əvvəlcə sakit halda saxlanılmasının səbəbini soruşub. Sonra isə telefonunu yol polisinə uzadaraq kiminlə isə danışmasını istəyib. Bu istəyi rədd edildikdə özündən çıxan sərxoş sürücü arxa cibindəki tapançanı polislərə tuşlayır. Tapançanı görən polis əməkdaşları vahiməyə düşürlər və silahı yığışdırmasını tələb edirlər. Guya nə baş verdiyini anlamayan sərxoş məmur "Niyə?" deyərək soruşur və xeyli müddət tapançanı əlində saxlayır.
Danışıqlıqlar nəticəsində sakitləşən məmur xidməti vəsiqəsini göstərərək mütəşəkkil cinayətkarlıqla operativ mübarizə şöbəsinin rəisi olduğu bildirir. Konstantin adlı şəxsin belə bir vəzifədə çalışmasına baxmayaraq qanulara riayət etməməsi yol polislərini məyus edir. Videonun sonunda isə məmurun həbs edilib-edilmədiyi naməlum qalsa da, Ukrayna KİV-də onun həbs edildiyi və vəzifəsindən kənarlaşdırıldığı yazılır.
anspress
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












