Sərxoş müğənni yol polisinə belə yaxalandı - VİDEO

Dekabrın 6-dən 7-nə keçən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən reyd zamanı bir neçə sərxoş sürücü saxlanılıb. Onlardan biri də özünü tanınmış şəxs kimi təqdim edən Əşrəf Tağıyevdir. İdarə etdiyi «Mersedes» markalı avtomobillə Binəqədi şosesində saxlanılan sürücünün sərxoş olduğu aşkarlanıb və müayinə üçün sərxoşların tibbi müayinə mərkəzinə gətirilib. Burada fotolarının çəkilməsinə etiraz edən Əşrəf Tağıyev bunu onunla əsaslandırıb ki, «tanınmış həxsdir», ayıbdır. Avtosfer.az-ın əməkdaşına isə deyib ki, müğənnidir, tez-tez televiziya kanallarında çıxışlar edir. Tibbi müayinə zamanı məlum oldu ki, Ə.Tağıyev yüngül dərəcəli sərxoşdur. DYP əməkdaşları onun barəsində inzibati protokol tərtib etdikdən sonra müğənninin idarə etdiyi avtomobil cərimə meydançasına aparıldı.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












