«Sərxoş» sürücünü 200 manata yola salan yol polisindən ŞİKAYƏT

İsmayıllı rayon sakini Mirzə Babayev Avtosfer.az saytına müraciət edərək yol polisini ondan rüşvət almaqda günahlandırıb. Sürücü bildirir ki, sentyabrın 12-də İsmayıllı postunda Zamiq adlı yol polisi inspektoru onu saxlayıb: «Mənim sənədlərimi yoxladı. Hər şey qaydasında idi. Soruşdu ki, içmisən? Mən də cavab verdim ki, bir gün əvvəl 100 qram araq içmişəm. Üstündən bir sutka keçib. Dedi, gedək həkimə, yoxlatdıracam səni. Mən də razılaşıb getdim. Həkim yol polisinə nəsə dedi. Amma mən bir şey başa düşmədim. Polis əməkdaşı mənə bildirdi ki, içkilisən, səni məhkəməyə verib ağır şəkildə cəzalandıra bilərəm. Amma eləmirəm. Sənə hörmətim bu olar ki, 200 manat ver, get. Mənim bu proseslərdən anlayışım yoxdur. Ona görə də, qorxdum ki, nəsə eləyər. Məcbur olub Zamiq adlı polis əməkdaşı ilə razılaşdım. O mənə bildirdi ki, postun rəisi Şahmar Süleymanovla danışıb, xahiş edib ki, guya mən onun tanışıyam, 200 manat verim gedim. Mən də o dediyi pulu tapıb gətirib verdim, sənədlərimi qaytardı. Axırda da dedi ki, bu puldan mənə 50 manat çatır. 20 manat həkimə verəcəm, qalanı da postun rəisinindir».
Şikayətçi bildirir ki, vəziyyətin bu həddə çatması sürücü məlumatsızlığı və vəziyyətin daha da gərginləşməsindən qorxması ilə bağlıdır: «Əslində, mən içkili vəziyyətdə deyildim. İçməyimin də üstündən bir sutka keçmişdi. Sadəcə qorxub pul verməyə razı oldum. Amma sonradan öyrəndim ki, onun məni bu şəkildə cəzalandırması qanunsuzluqdur».
Mirzə Babayev inanır ki, aidiyyatı orqanlar bu məsələni araşdırıb müvafiq tədbir görəcəklər.
Nurlan
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO













