Sərxoş taksi sürücüsü: "Qələt eləyib cəhənnəmə içmişəm" - VİDEO

Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü saxlanılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 99 XY 698 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü Silyan Ağayev spirtli içki qəbul edərək sükan arxasına keçib. YPX əməkdaşları onun avtomobili ziqzaqvari sürdüyünü görərək Qaradağ postunda saxlayıb.
Ağır dərəcədə sərxoş olan sürücü nəvəsinin ad günündə içdiyini deyib. Yol polisi əməkdaşları onunla profilaktiki söhbət aparıb. Eyni zamanda yaxınları ilə əlaqə saxlayaraq ailəsinə təhvil veriblər.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub.
Qeyd edək ki, sürücü taksi fəaliyyəti ilə məşğul olur.
Avtosfer.az-ın əməkdaşı sürücünün yol polisi ilə söhbətini lentə alıb. Videonu təqdim edirik:
Vilayət Eyvazov bu rayonda vətəndaş qəbulu keçirəcək - FOTO
Qubada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə profilaktik tədbir keçirilib - FOTO
Sosial şəbəkədə baxış xətrinə başqalarının həyatını təhlükəyə atırlar – DYP-dən XƏBƏRDARLIQ – VİDEO
Sükan arxasında yuxulayan sürücü potensial təhlükədir - DYP
Yol polisindən küləkli hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
“Yol səhvləri bağışlamır” – DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Sosial şəbəkədə canlı açaraq qəzaya düşənlərə DYP-dən ÇAĞIRIŞ - VİDEO
DYP həftə sonu səfərə hazırlaşan sürücülərə MÜRACİƏT ETDİ
Qəza zamanı bu qaydalara əməl edin - DYP-dən sürücülərə ÇAĞIRIŞ - FOTO
Bu yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
“Yolda bir neçə saniyə gözləmək bir insanın həyatını xilas edə bilər” - DYP - VİDEO












