Sərxoş və sənədsiz maşın sürənlər saxlanıldı – REYDDƏN VİDEO

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Sabirabadda reydlər keçiriblər. Yol hərəkəti qaydalarını pozan, avtomobili sənədsiz idarə edən, avtomobillərin konstruksiyalarında dəyişikliklər, həmçinin sərxoş halda avtomobil idarə edib və avtoxuliqanlıq edən sürücülərə qarşı reydlər aparılıb. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkarlamaq olub. Rayonun əsas küçə və prospektlərində təşkil olunan reydlər zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib. Həmçinin nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkarlanıb. Reyd zamanı polisin tələblərinə məhəl qoymayan, saxla əmrinə tabe olmayan sürücülərin avtomobilləri cərimə meydançasına aparılaraq barələrində protokollar tərtib edilib. 100-dən çox avtomobil cərimə meydançasına aparılıb.
APA TV
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












