Banner

ŞOK: Bu dəfə sürücü yol polisinə protokol yazdı - VİDEO

Yol polisi 17 Noyabr 2014 00:45 Oxunub 13785
ŞOK: Bu dəfə sürücü yol polisinə protokol yazdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saxladığı sürücüyə qayda pozuntusunu sübut edə bilməyən yol polisi əməkdaşları çıxılmaz vəziyyətdə qaldılar

Avtosfer.az işə yaramaz Ukrayna yol polislərinin çətin vəziyyətdə qaldığını əks etdirən maraqlı videonu təqdim edir. Videoda səbəbsiz yerə saxlanılan sürücü polisləri haqqsız çıxarıb, hətta onlardan sənəd tələb edərək yerindəcə şikayət yazıb. Bu ilin əvvəllərində baş vermiş bu olay maraqla izlənilir. Belə halların Azərbaycanda da baş verdiyini nəzərə alıb videonu diqqətinizə çatdırırıq. Bu videoda fərqli cəhətlərdən biri odur ki, həm sürücü, həm də yol polisləri olduqda mədəni və təmkinli davranış nümayiş etdirirlər. Daha bizdəki kimi, bir-birini təhqir edib əl-qol atmırlar.

Yol polisləri isə sürücü arasında dialoq belədir:

 

- Yol polisi: Sabahınız xeyir, sənədləri zəhmət olmasa.

- Sürücü: Salam, buyurun. Mən göstərirəm , siz də baxın.

- Yol polisi: Siz bilirsiz mən nəyi tələb edirəm?

- Sürücü: Başa düşmədim?! Bu nə suladı? Sürəti ötmüşəm?

- Yol polisi: Aşağı düşün, gedək,  zəhmət olmasa.

- Sürücü: Hara? Gəlin, siz mənimlə gedin. İstəyirsiz? Qurğunu gətirin bura, baxaq. (yol polisi cavab tapa bilmədiyindən getmək istəyir)

- Yol polisi: Gedə bilərsiz.

- Sürücü: Polis, mən hələ sizi buraxmamışam. Hara gedirsiz? Necə yəni, gedə bilərsiz. Siz məni saxlamısız, sənədlərimi yoxlamısız . Düzdümü? Bəs səbəb nədi?

- Yol polisi: Mən sizə dedim. (Digər yol polisi də çətin vəziyyətdə olan əməkdaşının köməyinə gəlir)

- Sürücü: Mən nəyi oğurlamışam? Gənclər, aləmi niyə qarışdırırsız. Nəsə etmişəmsə, siz gətirib mənə göstərməlisiz . Mən hələ də heç nə anlamıram. - Mən bilirəm ki, bu yoxlanışdı, hə?

- Yol polisi: Hə

- Sürücü: Sizin maşında hər cür qayda pozuntusunu çəkən avtotexnika var, elə? O qurğununda necə çalışdığını mən yaxşı bilirəm. Əgər mənim hansısa yol nöqsanımı görüntüləyibsə, içindəki batareyasını çıxarıb gətirib mən göstərə bilərsiz.

- Yol polisi: Batareyası ölüb.

- Sürücü: Mən başa düşmürəm, həll etmək olmaz onu? Siz bütün günü işləyirsiz, o qurğu da hər saat işləyir. Başa düşə bilmirəm. (İkinci gələn yol polisi sürücüyə söz çatdıra bilmədiyindən gedir. Sürücü onu saxlayan yol polisindən sənədlərini istəyir.

- Sürücü: Sənədlərinizə baxım,  zəhmət olmasa.

- Yol polisi: Göstərəcəm və sonra gedin.

- Sürücü: Cənab, niyə gileylənirsiz? Siz məni saxlamısız.

- Yol polisi: Yaxşı anlaşa bilmirik.

- Sürücü: Mənəm pis? Mən indi sizə səbəbsiz yerə saxlanmaqla bağlı bəyanat verəcəm.

- Yol polisi: Mən sizə saxlanmağın səbəbini izah etdim.

- Sürücü: Mən də görə bilərəm?

- Yol polisi: Yaxınlaşın, göstərək, zəhmət olmasa.

- Sürücü: Mən nəyə görə harasa getməliyəm, başa düşə bilmirəm.

- Yol polisi: Mən sizi məcbur etmirəm.

- Sürücü: Yox, mən sizi məcbur edirəm. Məhkəmə orqanı qarşısında cavab verməyə.

- Yol polisi : Mən sizə izah edirəm.

Sürücü sənədə baxaraq:

- Aleksandr Viktorniviç. Çox çox gənc əməkdaşsız. Buna görə sizə başa salıram ki, siz qanunu pozmusuz. Hətta kariyeranız başlamadan onu bitirə bilərsiz. Ona görə sizə məsləhət verirəm.

- Yol polisi: Biz sizi səbəbsiz saxlamamışıq.

- Sürücü: Necə razılaşa bilərəm ki, səbəb görmürəm.

- Yol polisi: Gedib baxmağı təklif etdim.

- Sürücü: Mən də sizə təklif edirəm, qanuna uyğun hərəkət edərək qurğunu gətirib göstərin.

- Yol polisi: Sizə təklif etdim, gedək baxaq.

- Sürücü: Siz onu gətirin zəhmət olmasa. Çox təəssüf, mən maşından çıxa bilmərəm.

- Yol polisi: Mən də onu sizə gətirə bilmərəm.

- Sürücü: Niyə? Qurğu işləmir? Bəs onda siz məni necə görüb saxladız. Əgər bu qurğu düzgün çalışmırsa, demək ona görə göstərə bilmirsiz. Mən bilrəm ki, bu qurğunun foto-video fiksasiyası var və içindəki avtonom batareyasını çıxardıb gətirə bilərsiz. Sadəcə 2 dəqiqə çəkəcək. Qurğu öz-özünə enerji yığır, düzdü? 

- Yol polisi: Gətirə bilmərəm.

- Sürücü: Yaxşı, əgər mənim qayda pozuntum oldusa, protokol yazın.

- Yol polisi: Siz heç görüntü ilə tanış olmaq istəmirsiz.

- Sürücü: Siz deyirsiz ki, nəsə qayda pozuntusu etmişəm. Görüntünüz də var, deyirsiz. Demək, protokol yazmaq üçün hər səbəbiniz var. Yazın, bütün sənədlərimi verirəm. Məhkəməyə gələrəm. Niyə təəccüblənirsiz?

- Yol polisi: Mən təəccüblənmirəm. Gedin

- Sürücü: Hara? Siz qaydanı pozan günahkarı buraxırsız, gedir?

- Yol polisi: Siz gəlib görüntüyə baxmaq istəmirsiz.

- Sürücü: Yaxşı, mən razıyam. Protokol yazın.

- Yol polisi: Gedin, zəhmət olmasa.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh