Son 2 ayda sürücülər yol polisinə 4 dəfə hücum edib - DYP - VİDEO

Son aylar Azərbaycanda da polis əməkdaşlarına qarşı ardıcıl hücumlar edilir. Nə baş verir? Bu hücumların arxasında dayanan qüvvələr varmı? Avtosfer.az ans-ə istinadən xəbər verir ki, son iki ay ərzində vətəndaşların polisə hücumu ilə nəticələnən 4 fakt qeydə alınıb. Bu hadisələrin 3-ü elə təkcə ötən ay baş verib. Nərimanov rayonu ərazisində avtoxuliqanlıq edən sürücünü saxlamaq istəyən polis bıçaqlanıb. Cəfər Xəndan küçəsində də naməlum sürücü 2 polis əməkdaşı bıçaqlamışdı. Zaqatala da isə şüşə qırığı ilə polisin boğazı kəsilib. Dünən Bərdə də baş verən hadisədə isə polis yandırılıb. Bütün bunlar yol polislərinin başına gələn qəzalardı. Sürücülərin yol polislərinə qarşı göstərdiyi bu aqressiyanın hardan qaynaqlandığı yəqin ki, hamıya maraqlıdır. Vətəndaşlar dövlətin təhlükəsizlik orqanına göstərdikləri təzyiqin cavabsız qalmayacağını bilə-bilə görəsən niyə belə üsula əl atırlar? Baş Dövlət Yol Polis İdarəsində deyirlər ki, polisə qarşı hücum edən vətəndaşların əksəriyyəti ən azı bir dəfə məhkumluq həyatı yaşamış şəxslərdir. “Bu cür üzdəniraq sürücülər qorxmadan üzərində odlu silah gəzdirən polisə hucum edir. Əgər onların qarşısı vaxtında alınmazsa, görün onlar sadə insanlarla qarşılaşanda nə işlər çevirərərlər”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












