Sürücü yol polisinin qarşısında oynadı – AZƏRBAYCANDA - VİDEO

Deekabrın 27-də DİN Baş Dövlət Yol Polisi İdarəsinin Xaçmaz rayonunda keçirdiyi reyd zamanı maraqlı anlar yaşanıb. Rusiyadan gələn və avtomobili plyonka ilə idarə edən sürücü Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Sürücü saxlanılmanın səbəbinin plyonka olduğunu öyrəndikdə yol polislərinin və jurnalistlərin qarşısında qol qaldırıb oynamağa başlayıb. Bununla DYP-yə etiraz etdiyini deyən bu gənc bildirib ki, Rusiyadan Azərbaycana gələrkən Dağıstanda da yol polisləri onu saxlayıb. Bu dəfə maşının qabaq şüşələrində plyonka olduğu üçün saxlanıldıqlarını deyən sürücünün sözlərindən aydın oldu ki, Rusiya polislərinə 200 rubl (3 manat) «hörmət edən» kimi onu buraxıblar və cərimə yazılmayıb: «200 rubl verdik, dedilər, «yaxşı yol». Qabaq şüşədəki plyonkaları da sökdük. Arxalar qaldı. İndi burada Azərbaycanın yol polisləri saxlayıb, amma bizə hörmət etmirlər. Heyf deyil, rus polisləri. O dəqiqə adamı başa düşürlər. Amma bizimkilər saxlayan kimi 150 manat cərimə yazırlar».
Yol polislərinin iştirakı ilə avtomobilin plyonkaları söküldükdən sonra sürücü barəsində inzibati protokol tərtib olunub. Lakin sürücü yenə də bununla razılaşmayıb. O bildirib ki, Azərbaycana yenicə gəlib. Rusiyada arxa qapı şüşələrində pərdə vurmağa icazə verildiyi üçün maşını Azərbaycana bu vəziyyətdə gətirib. Lakin sərhəd-buraxılış məntəqəsində onlara hər hansı xəbərdarlıq olunmayıb. O isə plyonkanı evə çatdıqdan sonra sökməyi nəzərdə tutubmuş. Sürücünün daha bir iradı bu olub ki, plastik kart vasitəsilə ödəniş etmək istəsə də, yol polisi buna şərait yaratmır.
Elməddin
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ











