Sürücülər bunları bilməlidir - MÜTLƏQ BAXIN! - VİDEO

Yol polisi və sürücülər arasında münasibətlər elə də yüksək səviyyədə deyil. Bəzən adi qayda pozuntusundan tərəflər arasında böyük mübahisələr yaşanır. Müşahidələr göstərir ki, bəzən mübahisələr sırf məlumatsızlıqdan baş verir. Ona görə də sürücülər tez-tez yaşana biləcək hallarla bağlı qaydaları dəqiq bilməlidirlər. Amma apardığımız araşdırma sürücülərin əksəriyyətinin məlumatsız olduğunu göstərir. Əslində isə sürücülər qaydaları bilsələr polis əməkdaşları ilə mübahisələri yaranmaz. Yol polislərinə cəriməni nağd formada almaq, avtomobilləri tunel və körpülərdə saxlamaq, cinayət xarakteri yoxdursa adi qayda pozuntusuna görə sürücünün üzərində və ya avtomobildə axtarış aparmaq qadağandır.
Qadağalardan biri qayda pozuntusundan sonra sürücü ilə polisin ünsiyyətə girdikləri məkanla bağlıdır. Bu zaman patrul maşınındakı kameralar görüntü çəkmək radiusu nəzərə alınmalıdır. Sürücülər hansısa qayda pozuntusuna görə tərtib edilən protokola təklif və iradlarını qeyd edə, yaxud da protokolu ümumiyyətlə imzalamaqdan imtina edə bilərlər
Avtomobillərin hansı hallarda cərimə meydançasına aparılması ilə bağlı bəzi şərtlər də sürücülərə qaranlıq qalır. Elə şərtlər var ki, sürücülər qaydanı pozsa da, dərhal maşın cərimə meydançasına aparılmamalıdır. Əgər avtomobil yanlış parketməyə görə evakuatora mindirilibsə və sürücü özünü vaxtında əraziyə çatdırsa məsələ necə həllini tapmalıdır ?
Bu qaydalar həm yol hərəkəti haqqında qanunvericilikdə, həm də daxili işlər nazirliyinin təlimatlarında öz əksini tapıb. Ona görə də sürücülər həmin mənbələrdən istifadə etsələr yaxşıdır.
Xəzərxəbər
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...










