Sürücülər yeni polis maşınlarının hədəfindən yayına bilməyəcək - VİDEO

Avropa Oyunları ərəfəsində paytaxtda gətirilən və ötən gündən Azadlıq meydanında toplanan polis maşınları istifadəyə verilib. Daxili İşlər Nazirliyinin müxtəlif qurumları, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan və müasir avadanlıqla təchiz edilən avtomobillərin istifadəyə verilməsi mərasimində prezident İlham Əliyev iştirak edib. Ölkə başçısına bu avtomobillərin imkanları barədə verilən məlumatlar yəqin ki, hər bir sürücüyə maraqlı olmalıdır. Yol polisi əməkdaşları üçün 400 ədəd “BMW”, post-patrul, çevik polis alayı üçün 300 ədəd yeni “Fiat Doblo” markalı avtomobil, saxlanılan şəxslərin daşınması üçün isə “Mercedes” markalı 20 mikroavtobus alınıb.
Bir sıra üstünlükləri ilə seçilən bu avtomobillərin təqdimat mərasimində Prezident İlham Əliyev də iştirak edib. Daxili işlər naziri Ramil Usubov dövlət başçısına məlumat verib ki, avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, Elektro-patrol sistemi quraşdırılıb. Sistem post-patrul xidməti avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir.
Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infraqırmızı” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə daxili kompüter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompüterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı patrul avtomobilinin durduğu iki zolağadək sağda, həmçinin iki zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir.
Həmçinin, parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Həmçinin, nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar müəyyən edilir. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










