Sürücülərə qarşı növbəti reyd - VİDEO - FOTOLAR

Zaqatala və Şəkidə yol polisi qaydaları pozan sürücülərə qarşı reyd keçirib. Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidməti alayının və Zaqatala rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının birgə iştirakı ilə reyd keçirilib. Bayram günləri ərəfəsində rayonlarda hərəkət intensivləşib. Reydin keçirilməsində məqsəd vəziyyətdən sui-istifadə etmək istəyən sürücülərin qanundan kənar hərəkətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görmək olub. Günorta saatlarından başlayan reyd axşam saatlarınadək davam edib.
Reyd zamanı yol polisi əməkdaşları tərəfindən 50-dən çox sürücüyə inzibati protokol tərtib edilib. Protokollar əsasən məcburi sığortanın olmaması, təhlükəsizlik kəmərindən istifadə olunmadan avtomobildən istifadə olunması, avtomobilin texniki baxışdan keçirilməməsi hallarına görə tərtib edilib.
Reyddə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, reydlər respublikanın əksər rayonlarında keçirilir. Bu günkü reyd ölkənin şimal-qərb bölgəsində Zaqatala ilə yanaşı Şəki rayonunda da baş tutub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ






















