Sürücülərə xəbərdarlıq: yol polisinin gizli xidməti işə başladı

Artıq Azərbaycanda da yol polisində gizli xidmətin tətbiqinə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisi sürücülərə xəbərdarlıq edərək bildirib ki, artıq bu həftədən etibarən Bakıda küçə və prospektlərdə gizli yol patrulları xidmətə başlayıb: "Gizli patrullar xüsusi rəng qrafikası və üzərində fərqləndirici yazısı olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə xidmət aparırlar. Ona görə də sürücülər avtomobillə hərəkətdə olarkən diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər".
Qeyd edək ki, K.Əliyev ötən həftə bildirmişdi ki, artıq Azərbaycanda qarışıq və gizli yol patrul xidmətinin tətbiqi ilə bağlı iş aparılır. Bu məqsədlə yaxın vaxtlarda əlavə nəqliyyat vasitələri gətiriləcək.
Şöbə rəisi qeyd etmişdi ki, "Yol-Patrul Xidməti haqqında Təlimat"ın 3-cü (Yol-patrul xidmətinin aparılması) maddəsinə əsasən, yol-patrul xidməti gizli formada aparılarkən xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər radiocihazlarla təchiz olunur və onlar hər hansı qayda pozuntusu, avtoxuliqanlıq və ya yolda kiminsə hərəkətə maneçilk törətdiyini aşkar etdikdə, digər patrul avtomobillərinə xəbər verir və qaydanı pozan sürücü YPX avtmobilləri və ya qarşıdakı stasionar postda saxlanılıb barələrində müvafiq tədbir görülür.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












