Tanınmış prodüser xanım sərxoş vəziyyətdə saxlanıldı: köməyinə Pərviz Bülbülə gəldi - VİDEO

Tanınmış prodüser Təranə Səmədova Bakıda sükan arxasında sərxoş saxlanılıb. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə küçəsində "Hyundai" markalı avtomobilə "Saxla!" əmri veriblər. Sürücü əmrə tabe olmayıb və qaçmağa cəhd göstərib. Yol polisi avtomobili təxminən 3-4 kilometrdən sonra süni tıxac yaratmaqla saxlaya bilib. Məlum olub ki, sürücü, tanınmış prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Avtomobildən düşmək istəməyən Təranə Səmədova növbəti dəfə qaçmağa cəhd edib və bu zaman "Tofaş" markalı başqa bir avtomobili əzib. Yol polisi əməkdaşı Pərviz Musayev sürücünün tabe olmadığını bildirib: "Sürücü bilərəkdən tabe olmadı və hərəkət sürətini artırdı. Dəfələrlə ziq-zaqvari manevr hərəkətləri edərək, məsuliyyətdən qaçmağa çalışdı. Amma sürücü tərəfimizdən operativ şəkildə süni tıxac vasitəsilə saxlanıldı".
Təranə Səmədova sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinədən imtina edib. Əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə yerinə tanınmış meyxanaçı Pərviz Bülbülə də gəlib. Təranə Səmədova onun avtomobilinə əyləşmək istəsə də, onun ərazidən uzaqlaşa biləcəyindən ehtiyatlanan polis əməkdaşları buna mane olublar.
Post Patrul Xidmətinin əməkdaşları Təranə Səmədovanı məcburi qaydada tibbi müayinəyə aparıblar.
Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Qeyd edək ki, son günlər qadın sürücülərin sükan arxasında sərxoş vəziyyətdə saxlanılması halları artıb.
Təranə Səmədova bir sıra layihələrin prodüseridir. Onun hazırda üzərində işlədiyi layihə tanınmış müğənni Azisin Bakıdakı konsertidir. O, konsertin meneceridir.
APA TV
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















