Vaqif Əsədov: «Hər kəs cəzasını alacaq»

Bu il yanvarın 1-dən dekabrın 6-dək Bakıda polisin qanuni tələbinin yerinə yetirilməməsinə və tabe olmamaya görə 3719 sürücü məsuliyyətə cəlb edilib. Bunu Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov deyib. O bildirib ki, bu müddət ərzində paytaxtda avtoxuliqanlıq və polisin qanuni əmrinə tabe olmama hallarının artması böyük narahatlıq doğurur: “Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 181 avtoxuliqanlıq faktının çox olması deməkdir. Təkcə noyabrın 29-dan dekabrın 6-dək yol polisi əməkdaşları tərəfindən paytaxtda keçirilən reydlər zamanı 22 avtoxuliqanlıq faktı aşkar edilib. Həm avtoxuliqanlıq, həm də polisin qanuni əmrinə tabe olmama faktlarının artması ümumilikdə narahatlıq doğurur. Lakin hamı bilməlidir ki, hər kəs hansı qanun pozuntusuna yol verməsindən asılı olmayaraq, müvafiq cəzasını alacaq”. Bölmə rəisi qeyd edib ki, ümumiyyətlə, bu il ərzində paytaxt üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə 708 085 inzibati protokol tərtib edilib. Bunlardan 9450-si avtomobilin sərxoş halda idarə edilməsinə, 3068-i qəza şəraiti yaratdıqlarına, 168-i dəmiryol ilə kəsişən hissədən keçdiklərinə, 10 743-ü işıqforun qırmızı işığında keçdiklərinə, 1758-i sürət həddinin aşılmasına, 567-si avtomobili dövlət nömrə nişanı olmadan idarə etdiklərinə, 2571-i sərnişindaşıma qaydalarının pozulmasına, 8380-i ötmə, manevretmə qaydalarının pozulmasına, 11 840-ı yolayrıcını keçmə qaydalarının pozulmasına, 3709-u nəqliyyat vasitəsinin müvafiq sənədlər olmadan idarə edilməsinə, 3855-i isə avtomobilin pərdə və plyonkalı idarə edilməsinə görə tərtib edilib. Hesabat dövründə yol hərəkəti qaydalarını pozan 132 754 piyada inzibati məsuliyyətə cəlb edilərək cərimələnib. Digər qayda pozuntularına görə isə 356 425 halda inzibati protokol tərtib edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












