Vaqif Əsədov jurnalistləri təbrik etdi

Bakı şəhər Baş Polis İdarəsi Azərbaycan Milli Mətbuatının 140 illik yubleyi münasibəti ilə bütün mətbuat nümayəndələrini təbrik edir. Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu gün yol-hərəkət qaydaları ilə bağlı təbliğat işlərinin aparılmasında mətbuat nümayəndələrinin müstəsna xidmətləri var: “Yol-nəqliyyat hərəkətləri ilə bağlı əldə edilən naliyyətlərdə polis əməkdaşları ilə yanaşı mətbuat nümayəndələrinin də fəaliyyəti yüksək qiymətləndirilməlidir. Çünki vaxtında, düzgün, qərəzsiz məlumatlar öz təsirini göstərir”.
V.Əsədov bildirib ki, yol hərəkətinin təhlükəsizliyi ilə bağlı mətbuat nümayəndələrinin yaydığı təbliğat xarakterli sosial roliklər, yazılar yol-nəqliyyat hadisələrinin sayının minimuma enməsinə öz təsirini göstərib: “Bütün mətbuat nümayəndələrini bir daha təbrik edirəm. Bayramınız mübarək!”.
trend
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













