Vəsiqəsi yoxdur, yol polisindən qaçıb qəza törədir, hələ əl-qol da atır - FOTO

Bakıda polis qəza törədən sürücünü döyüb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, 99 YP 517 dövlət nömrə nişanlı yol polisi avtomaşını Zığ yolu ilə hərəkət edən «BMW» markalı, 90 KT 876 dövlət nömrə nişanlı avtomobili qovmağa başlayıb. Polislərdən qaçmaq istəyən sürücü Hövsan yolu yaxınlığında, “Bakubus”un qarşısında avtomobilini səkiyə çırpıb. Bununla da polislər uzun qovhaqovdan sonra sürücünü yaxalaya biliblər. Məlum olub ki, BMW-ni idarə edən şəxsin sürücülük vəsiqəsi yox imiş. Elə buna görə də polislərdən qaçırmış. Bundan qəzəblənən polis leytenantı sürücünü döyməyə başlayıb.
Məsələ ilə bağlı sürücünün fikirlərini öyrənmək istəsək də, o, açıqlama verməkdən imtina etdi. Başının qarışıq olduğunu deyən şəxs onu döyən polisdən şikayətçi olmadığını bildirib.
Məsələyə Daxili İşlər Nazirliyi reaksiya verib. DİN-in şöbə müdiri Orxan Mansurzadə bildirib ki, yazıdan sonra araşdırma aparılıb. Məlum olub ki, həmin sürücü qayda pozuntusu və ödənilməmiş cəriməsi olduğuna görə axtarışa verilibmiş. Həmçinin sürücünün maşınında qadağan olunmuş səs siqnalı olub. Məhz buna görə də polis saxlama əmri verib. Lakin o, polisin qanuni tələbinə məhəl qoymayıb. Orxan Mənsurzadə iddia edir ki, sürücünün qovulması və döyülməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur: “Sadəcə polis öz qanuni işini görüb və sürücüyə qarşı heç bir zor tətbiq edilməyib. Sürücü polisin qanuni tələbinə əhəmiyyət verməyərək avtoxuliqanlıq edib. Məsələ ilə bağlı araşdırma aparılır, qanunvericiliyə uyğun olaraq sürücü cəzalandırılacaq.”
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...













