Xanım müğənnidən ŞOK etiraf: «270-lə sürürəm»

Müğənni Mətanət Əsədova maraqlı etiraf edib. Avtosfer.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, ATV-də yayımlanan verilişin qonağı olan ifaçı yol hərəkət qaydalarını tez-tez pozduğunu deyib. O, aparıcının “Qaydaları pozursan, maşını hansı sürətlə idarə edirsən?” sualına belə cavab verib: “Düzünü deyəcəm, bunu mənim haqqımda çox deyirlər. Mənə hətta “Kaskadyor” filminə çəkilmək də təklif edilib. 220 sürət mənim üçün heç nədir. Elə olur ki, sükan arxasında evdəkilər yığır, elə bir söz deyirlər ki, düşünmürlər ölə bilərəm. 260-270 sürətlə getdiyim vaxt da olur. Çox pis sürücüyəm. Yol, sürücülük mədəniyyəti var. Hərdən özümü danlayıram ki, niyə bu qədər mədəniyyətsizsən? Cərimələrim çoxdur. Radara da tez-tez düşürəm. Bilirəm, həm özüm üçün, həm də qarşı tərəfə təhlükə yaradıram”.
Verilişin digər qonağı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev M.Əsədovanın bu sözlərinə təəccübünü gizlədə bilməyib: «Xanım hansı yolda 260 sürüb? Bizdə sürücülər qayda pozmağı qəhrəmanlıq kimi qiymətləndirir. Onu yoxlamaq lazımdır, həqiqətən o sürətlə idarə edib, ya yox”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












